azadses.az » Siyasət » XİN başçısı: “Ermənistanın təxribatları üçtərəfli bəyanatların, Brüssel razılaşmalarının pozulmasıdır” - FOTO

XİN başçısı: “Ermənistanın təxribatları üçtərəfli bəyanatların, Brüssel razılaşmalarının pozulmasıdır” - FOTO

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər arasında bölgədə yaranmış gərginlik və normallaşma prosesi istiqamətində zəruri addımlar müzakirə olunub.

Nazir Ceyhun Bayramov son günlərdə Ermənistan tərəfindən sərhədyanı bölgələrdə təxribatlar törədildiyi, Ermənistanın hücumları nəticəsində hərbi qulluqçularımızın şəhid olması faktını qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri çərçivəsində yalnız hərbi obyektlərin hədəf alındığını vurğulanıb. Ermənistan tərəfinin bu təxribatlarının liderlər arasında üçtərəfli bəyanatların və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında razılıqların kobud pozuntusu olduğunu və vasitəçilik səylərinə xələl gətirdiyini bildirib. Ermənistan tərəfinin öhdəliklərinə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarılmadığını və bunun yolverilməz olduğunu vurğulayıb. Beynəlxalq çağırışlara baxmayaraq, Ermənistan tərəfi əldə edilmiş atəşkəs razılığını pozduğu, Azərbaycan tərəfindən humanitar atəşkəs niyyətinin elan edilməsinə baxmayaraq mövqelərimizə hücum etməkdə davam etdiyi diqqətə çatdırılıb.

Xüsusi nümayəndə Toivo Klaar toqquşmaların dayandırılmasının və vəziyyətin sabitləşməsinin zəruri olduğunu diqqətə çatdırıb. Atəşkəsə əməl edərək, normallaşma prosesinin və Azərbaycanla Ermənistan arasında danışıqların bərpa olunmasının zəruriliyini vurğulayıb. Avropa İttifaqının tərəflər arasında ikitərəfli görüşlər üçün şərait yaratmağa hazır olduğunu bildirib.

Görüş zamanı, digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  2. Bakıda yol qəzası olub, xəsarət alan var
  3. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  4. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  5. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  6. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  7. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  8. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  9. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  10. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”