azadses.az » Siyasət » Dövlət Komitəsinin sədri Almaniyanın 31 şəhərində yaşayan azərbaycanlılarla görüşüb - FOTO

Dövlət Komitəsinin sədri Almaniyanın 31 şəhərində yaşayan azərbaycanlılarla görüşüb - FOTO

Almaniya Federativ Respublikasında (AFR) səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun Dortmund şəhərində Azərbaycan icması ilə görüşü keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan görüşdə Azərbaycanın AFR-dəki səfirliyinin və Türkiyənin Essen şəhərindəki Baş konsulluğunun nümayəndələri, Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin üzvləri, Almaniyanın 31 şəhərində yaşayan Azərbaycan diasporunun fəalları, türk icmasının üzvləri və güneyli azərbaycanlılar iştirak ediblər.

Görüşü açıq elan edən Komitə sədri öncə Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması münasibətilə tədbir iştirakçılarını təbrik edib, bu tarixi hadisəyə görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və qəhrəman hərbçilərimizə minnətdarlığını bildirib.

Komitə sədri indiyədək DİDK-nın həyata keçirdiyi çoxşaxəli fəaliyyət istiqamətləri, gerçəkləşdirilən sistematik layihələr, Koordinasiya Şuraları, Azərbaycan Evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay Düşərgələri barədə geniş hesabatla çıxış edib.

Azərbaycançılıq ideologiyasına xas cəhətlərin, milli kimliyin qorunmasının önəmini vurğulayıb, bu istiqamətdə dövlət başçısının Dünya Azərbaycanlılarının V Qurultayında xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladıb, diaspor təşkilatlarının yerli cəmiyyət arasında nüfuz qazanması, ictimai rəyə təsirinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin təbliği istiqamətində Almaniyanın siyasi dairələri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması yollarını nəzərə çatdırıb, böyük diaspor ailəsinə minnətdarlığını ifadə edib.

Tədbirdə çoxsaylı diaspor nümayəndələri çıxış edib, maraqlı fikir və təkliflər səsləndiriblər. Diaspor fəallarının əksəriyyəti Düsseldorf şəhərində Azərbaycan Evinin və həftəsonu Azərbaycan məktəbinin açılmasını arzuolunan hesab etdilər.

Görüş maraqlı müzakirələrlə və sualların cavablandırılması ilə yekunlaşıb.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  2. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  3. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  4. Xətai rayonunda yaşayış binasında yanğın olub
  5. Bakıda baldız yeznəsini bıçaqlayıb
  6. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  7. 65 yaşlı kişini ilan sancdı
  8. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  9. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  10. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”