azadses.az » Cəmiyyət » Komitə əməkdaşları Şeyx Əli Cümə ilə görüşdü - Fotolar

Komitə əməkdaşları Şeyx Əli Cümə ilə görüşdü - Fotolar

Misir Ərəb Respublikasında səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşlarının ölkə parlamentinin Dini məsələlər və vəqflər komitəsinin sədri, Misir–Azərbaycan Dostluq Cəmiyyətinin həmtəsisçisi və İdarə Heyətinin üzvü Prof. Dr. Şeyx Əli Cümə ilə görüşü keçirilib.

DİDK-dən "Azadsəs.az"a verilən məlumata görə, Misir parlamentinin binasında baş tutan görüşdə DİDK sədr müavini Elşad Əliyev, Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev, komitənin və səfirliyin əməkdaşları iştirak ediblər.

Komitə sədri Fuad Muradovun salamını misirli millət vəkilinə çatdıran sədr müavini Afrika dövlətləri arasında ilk dəfə olaraq Misirdə Azərbaycan səfirliyinin açılması, Misir-Azərbaycan dostluq qrupunun ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələr barədə danışıb. Komitənin sədr müavini Şeyx Əli Cümənin diasporumuzun fəaliyyətinə dəstəyinin Azərrbaycanda yüksək qiymətləndirildiyini deyib, Misirin 3 Universitetində Azərbaycan dilinin tədris olunmasını təqdirəlayiq hal adlandırıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkəmizin Vətən müharibəsində parlaq qələbə qazanması münasibətilə dövlət başçımıza ünvanladığı təbrik məktubuna görə DİDK sədrinin adından Şeyx Əli Cüməyə minnətdarlıq bildirilib. Azad olunmuş torpaqlarımızda aparılan yenidənqurma və abadlıq işlərindən danışarkən, sədr müavini misirli parlamentarini Azərbaycanda görmək istədiklərini bildirib. Qeyd edib ki, misirli millət vəkilinin işğaldan azad olunmuş torpaqlarımızda ermənilərin törətdikləri vəhşilikləri öz gözü ilə görməsi böyük əhəmiyyət kəsb edir.

Misir və Azərbaycanın tarixən dost və qardaş ölkə olduğunu xatırladan Şeyx Əli Cümə iki dövlət arasında əlaqələrin inkişafına töhfələr verildiyini və bundan sonra da bu fəaliyyəti davam etdirməyə hazır olduğunu söyləyib. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütovlüyünün bərpası xəbərinə çox sevindiklərini vurğulayan millət vəkili Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla xalqımızı Vətən müharibəsində qazandıqları qələbə münasibətilə bir daha təbrik edib. Ölkəmizin buna nail olması nəticəsində bölgədə davamlı sülhün bərqərar olacağına şübhəsi olmadığını söyləyib.
Azərbaycan diasporu ilə əməkdaşlıq münasibətlərindən danışarkən parlamentari bildirib ki, dünyada tolerantlığın yayılması, radikalizmlə mübarizə aparılması məqsədilə Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misir üzrə əlaqələndiricisi, tədqiqatçı-alim Seymur Nəsirovla 20 ildən çoxdur bir yerdə çalışırlar və tələbələr yetişdirirlər. Şeyx səmimi salamını DİDK sədrinə çatdırmağı rica edib.

Azərbaycan səfiri qonaqları qəbul etdiyi üçün millət vəkilinə təşəkkür edərək, onu ölkəmizə səfərə dəvət edib. Diplomat bildirib ki, misirli parlamentarini ölkəmizdə görməkdən məmnun olarlar.

Görüşün DİDK adından Şeyx Əli Cüməyə üzərində “Xarı bülbül” rəmzini əks etdirən hədiyyə və ərəb dilində “Azərbaycan haqqında 100 sual” kitabı təqdim edilib. Parlamentari də öz növbəsində DİDK sədrinin müavininə və Azərbaycan səfirinə Misir parlamentinin təsviri olan suveniri hədiyyə edib.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  2. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  3. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  4. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  5. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  6. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  7. Argentinada 6 maqnitudalı zəlzələ olub
  8. Şanlıurfada yol qəzası olub, ölənlər var
  9. Lerik rayonunda zəlzələ baş verib
  10. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"