Peskov: “Biz ölkəmizdəki Qərb mediasının işləməsinə icazə verməyəcəyik”
“RT France” kanalının yayımına qoyulan qadağanın Aİ Ədalət Məhkəməsi tərəfindən təsdiqindən sonra Kreml cavab tədbirləri görəcəyini vəd edib.
Bu barədə Kremlin spikeri Dmitri Peskov bildirib.
Mətbuata açıqlama verən Peskov Aİ Şurasının “RT France”ın yayımını qadağan edən qərarını Avropa Məhkəməsinin qüvvədə saxlaması ilə bağlı şərh verib.
“Reaksiya son dərəcə mənfidir. Avropa dövlətlərində, o cümlədən Fransada söz azadlığına, media azadlığına hücum bizim narahatlıq və təəssüfümüzə səbəb olan prosesdir”, - deyə Kreml sözçüsü bildirib.
“Biz ölkəmizdə fəaliyyət göstərən Qərb mediasına qarşı oxşar təzyiq tədbirləri görürük və görməyə davam edəcəyik”, - deyə o əlavə edib.
“Biz də onların ölkəmizdə işləməsinə icazə verməyəcəyik və burada hər hansı yumşaq mövqedən söhbət gedə bilməz”, - deyə Peskov vurğulayıb.