Ukrayna: “Rusiya taxıl dəhlizinin fəaliyyətini poza bilər”
“Rusiyanın fəaliyyətlərinə görə taxıl sazişinin müəyyən müddətə yerinə yetirilməsinə zəmanət vermək çox çətindir”.
Bu sözləri Ukraynanın maliyyə nazirinin müavini Aleksandr Kava deyib.
O, qeyd edib ki, Ukrayna taxılının “Odessa”, “Çernomorsk” və “Yujnıy” limanlarından daşınmasına tezliklə başlanılması üçün hər şey edilir. Nazir müavininin sözlərinə görə, müqavilədə taxılın daşınması üçün 120 gün müddət nəzərdə tutulub:
“Əgər bu dəhliz yaxşı işləsə və Ukrayna daxilindəki dəniz ticarət limanlarına taxılı vaxtında çatdırmaq mümkün olsa, bu vaxt artıq kifayətdir. Mövcud vəziyyətə görə bunun müəyyən müddət ərzində baş verəcəyinə zəmanət vermək çox çətindir”.