Ceyhun Bayramov BMT-nin ali nümayəndəsi ilə görüşdü - Foto
- 12-03-2022, 20:48
- Siyasət
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb.
“Azadsəs.az” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, görüşdə Migel Angel Moratinos Azərbaycanda dinlərarası və sivilizasiyalararası dialoqa verilən əhəmiyyət, habelə bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib, eyni zamanda Azərbaycan tərəfindən bu xüsusda atılan addımların əlamətdar və nümunəvi olduğunu bildirib
Özünün Azərbaycana müxtəlif vaxtlarda səfərlərini xatırlayan Migel Angel Moratinos Azərbaycana son səfəri zamanı işğaldan azad olunmuş əraziləri ziyarət etdiyini və oradakı dağıntıları öz gözləri ilə gördüyünü vurğulayıb.
Azərbaycan ilə əməkdaşlığın növbəti mərhələdə möhkəmləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin xətti ilə "Peace for Culture" təşəbbüsü çərçivəsində addımların atıldığını bildirən Migel Angel Moratinos, yaxın gələcəkdə anlaşma memorandumunun imzalanacağı və bu xüsusda Nyu Yorkda xüsusi tədbirin keçiriləcəyini qeyd edib.
Nazir Ceyhun Bayramov, Azərbaycanda ənənəvi olaraq çoxmillətli və müxtəlif dinlərə məxsus insanların sülh şəraitində yaşadığını bildirib. Azərbaycanın multikulturalizm ənənələri haqda ətraflı məlumat verən nazir, multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu qeyd edib. Eyni zamanda, Ceyhun Bayramov Azərbaycanın münaqişənin təsirinə məruz qalan ərazilərində yaşayan erməni əsilli vətəndaşların bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqlarını təmin edərək onları yenidən öz siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etmək üçün addımlar atmaqda qətiyyətli olduğunu bildirib.
Post münaqişə dövründə, işğaldan azad olunmuş ərazilərdə mədəni irsin mühafizə və bərpası istiqamətində atılan addımlara toxunan nazir Ceyhun Bayramov, bu xüsusda işğaldan azad olunmuş ərazilərdə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni irs nümunələrinin qorunması, bərpası, habelə restavrasiyası istiqamətində beynəlxalq ekspert və qurumlarla əməkdaşlıq edildiyini diqqətə çatdırıb, həmçinin bunun Azərbaycanın sözügedən prosesdə nə qədər şəffaf və açıq olduğunu göstərdiyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.