Ukraynaya Aİ-də namizədlik statusunun verilməsi üçün zəruri addım tamamlandı - FOTO
Kiyev Ukraynanın Avropa İttifaqına üzvlük üçün namizəd statusu almaq imkanlarını qiymətləndirən sorğunun ikinci hissəsini tamamlayıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə videogörüş olub və Avropa İttifaqına üzvlüyə namizəd statusu əldə edilməsi üçün doldurulmuş sorğunun ikinci hissəsi nümayiş edilib.
“Bizim üçün bu vacib yolda aydın dəstək siqnallarına görə təşəkkür edirik”, - deyə prezident əlavə edib.
Qeyd edək ki, Avropa Komissiyasının anketinin doldurulması Ukraynaya Aİ-yə namizəd üzv statusunun verilməsi üçün zəruri addımdır. Sorğu vərəqəsinin birinci hissəsi aprelin 18-də Avropa Komissiyasına göndərilib. Bundan dərhal sonra ikinci hissədə işlərə başlanılıb.