Ukraynada Qələbə Gününün tarixi dəyişdi
Ukraynanın Ali Radası İkinci Dünya müharibəsində nasizm üzərində Qələbə Gününü və anım mərasimini mayın 9-dan 8-nə keçirib.
Bu barədə “RBK-Ukrayna” 7297 saylı qanun layihəsinə istinadən xəbər verir.
Layihədə bildirilir ki, nasist Almaniyası məhz mayın 8-də təslim olub.
“Ukraynada 9 Mayın Qələbə Günü kimi qeyd edilməsi (xüsusən də 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı işğalı başladıqdan sonra) məntiqsiz və qəbuledilməzdir. Ukrayna İkinci Dünya müharibəsində Nasizm üzərində Qələbə Gününü və həlak olanların xatirəsini bütün Avropa, həmçinin bütün dünya ilə birlikdə mayın 8-də yad etməli, mayın 9-da isə Avropa İttifaqına üzv dövlətlərlə birlikdə Avropa Gününü qeyd etməlidir”, - deyə sənəddə bildirilir.