Avropa ölkələrinə səyahət üçün əsas şərt açıqlandı
“The New York Times”ın məlumatına görə, bu barədə Aİ Komissiyasının sədri Ursula von der Leyen bəyan edib.
O, digər preparatlarla peyvənd olunan turistlər üçün Aİ siyasətinin necə olacağını açıqlamayıb.
“Bir məsələ tam aydındır: Aİ-yə daxil olan 27 ölkənin hamısı Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənmiş dərmanlarla vaksinasiyadan keçənləri qeyd-şərtsiz qəbul edəcək”, - deyə o bildirib.
Aİ nümayəndəsi, səyahətin yenidən başlanmasının vaxtının hələ də epidemioloji vəziyyətə bağlı olduğunu əlavə edib.