azadses.az » Siyasət » Keçmiş müşaviri Bolton Trampı qəzəbləndirib

Keçmiş müşaviri Bolton Trampı qəzəbləndirib

ABŞ-da prezidentin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun yeni çapdan çıxan memuarı Trampı bərk qəzəbləndirib.
Azad Səs-in məlumatına görə, Tramp ildirib ki, Bolton 2019-cu ildə işdən çıxarıldığına görə qisas alır.
İki gün əvvəl aparıcı Amerika KİV-ləri, o cümlədən “The Washington Post”, “The New York Times” və  “The Wall Street Journal” qəzetləri Boltonun “Bunların baş verdiyi otaq: Ağ evin memuarları” adlı kitabından seçmələri dərc edib. Kitabda Bolton Trampı idarəçilikdən başı çıxmayan, geosiyasətlə maraqlanmayan və asan manipulyasiya edilə bilən adam kimi xarakterizə edir. Müəllif yazır ki, Tramp ABŞ prezidenti olmaq qabiliyyətində deyil və Rusiya prezidenti Vladimir Putin onu heç də ciddi rəqib saymır.
Bolton bildirir ki, Trampın bütün fikri 2020-ci ildə yenidən prezident seçilməyə hesablanıb. Məsələn, o 2019-cu ildə Çin lideri Si Tszinpindən xahiş edib ki, yenidən ABŞ prezidenti seçilməkdə ona kömək etsin. Kitabda deyildiyinə görə, Tramp həmişə şəxsi söhbətlərdə Rusiyaya qarşı sanksiyalardan gileylənib. ABŞ prezidenti bu tədbirlərə görə “uzun müddət deyinib və şikayətlənib”.
Məsələn, Londonda keçmiş QRU zabiti Sergey Skripalın və qızının zəhərlənməsinə görə Moskvaya qarşı sanksiyalar tətbiq ediləndə Tramp dövlət katibi Mayk Pompeoya tapşırıb ki, Lavrova zəng vursun. Desin ki, bu sanksiyaları “hansısa bürokratlar” tətbiq edib.
Bundan əlavə, Bolton yazır ki, Tramp Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi müdaxiləsinin 10 illiyi ilə bağlı tənqidi bəyanatın qəbul edilməsini bloklayıb. Habelə o, doğrudan da Ukraynaya ayrılan hərbi yardımı Co Bayden haqda kompromat almaq şərti ilə ləngidib. Habelə keçmiş müşavir Trampın Şimali Koreya lideri Kim Çen Ina münasibətinə görə dövlət katibi Mayk Pompeo ondan narazı idi və hətta istefaya getməyə hazırlaşırdı. Bolton Trampın Venesuelaya hərbi müdaxiləni nəzərdən keçirdiyini də öz kitabında yazır.
Tramp özünün Twitter bloqunda bunlarla bağlı yazıb: “Boltonun kitabı yalan və uydurma əhvalatlardan ibarətdir, məni pis qələmə verməyə yönəlib. Onun mənim adıma çıxdığı əksər axmaq bəyanatları mən heç vaxt səsləndirməmişəm, büsbütün uydurmadır. O, sadəcə olaraq işdən azad edilməsinin qisasını alır”.
“Nə qədər ki, mən onu azad etməmişdim, haqqımda mətbuatda ancaq yaxşı şeylər danışırdı. İncimiş darıxdırıcı axmaqdır, ancaq bir məqsədi vardı-müharibə başlatmaq. Heç nə qanmırdı və mənim tərəfimdən məmnunluqla işdən azad edildi. Bu nə “bolvandır” belə!”,-Amerika lideri yazıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  2. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  3. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  4. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  5. Şabranda evə basqın olub, ölən və yaralanan var
  6. Ağstafada bəy və gəlin toylarında zəhərləniblər
  7. Tərtərdə 18 yaşlı gənc ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində ölüb - YENİLƏNİB
  8. Abşeronda avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb
  9. Binəqədidə iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var
  10. Bakıda yolu keçən kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”