Prezident seçkilərində uduzdu, xərcləri üçün yardım istəməsi gündəm oldu
- 11-04-2022, 22:18
- Siyasət
Fransada prezidentliyə sağ-mərkəzçi Respublikaçılar Partiyasından namizəd Valeri Pekres seçkilərdə məğlub olub.
“Azadsəs.az” xarici mediaya istinadən xəbər verir ki, Pekres seçki kampaniyasının xərclərini ödəmək üçün seçicilərindən təcili yardım istəyib. Partiya qərargahında mətbuata verdiyi açıqlamada Pekres seçki kampaniyası zamanı xeyli pul xərclədiyini bildirib. Aldığı səsin 5 faizdən az olduğunu bildirən Pekres bu səbəbdən partiyasının xəzinənin seçki xərcləri üçün 7 milyon avroluq dəstəyindən yararlana bilməyəcəyinə diqqət çəkib.
Seçki kampaniyası üçün şəxsən 5 milyon avro borcu olduğunu ifadə edən Pekres, kampaniya xərclərini qarşılamaq üçün mayın 15-nə qədər fransızları təcili ianə verməyə çağırıb.
Tərəfdarlarının onun adına açdığı saytdan ianə edə biləcəyini deyən Pekresin kömək çağırışı Tvitterdə gündəm olub.
Tvitter istifadəçiləri, seçkiyə qatılan namizədlər arasında ən varlı şəxs olan Pekresə təxminən 10 milyon avroya çatan sərvətini xatırladaraq, “borcunu özün ödə”, “onda daha çox işlə”, “fürsətçilik etmə” kimi sözlərlə reaksiyalar veriblər.
Bir istifadəçi isə Pekresə Fransada korrupsiyada ittiham olunan “McKinsey” konsaltinq firmasından kömək istəməyi tövsiyə edib və əlavə edib ki, o, “nə də olsa, dövlət xəzinələrini boşaltmaq üzrə mütəxəssisdir”.
Qeyd edək ki, seçki kampaniyasının favorit adları arasında göstərilən və Fransanın keçmiş prezidenti Nikola Sarkozinin partiyası Respublikaçıların (LR) namizədi Valeri Pekres qeyri-rəsmi nəticələrə görə 4,78 faiz səslə seçkini beşinci yerdə tamamlayıb.