azadses.az » Siyasət » “Qarabağda qəza səbəbindən qazın kəsilməsinin siyasiləşdirilməsi yolverilməzdir”

“Qarabağda qəza səbəbindən qazın kəsilməsinin siyasiləşdirilməsi yolverilməzdir”

"Qarabağda qəza səbəbindən qazın verilməsinin dayandırılmasını şouya çevirərək siyasiləşdirilməsi yolverilməzdir. Qaz fiziki xətlərlə nəql olunur. Ona görə də təbii hadisələrin təsiri fiziki xətlərdə texnogen qəzaların baş verməsinə səbəb olur. Belə qəzalar dünyanın hər bir ölkəsində baş verir. Qəzanın səviyyəsindən və baş vermə yerindən asıllı olaraq onun aradan qaldırılması üçün müəyyən zamana ehtiyac duyulur".

"Azadsəs.az" xəbər verir ki, bunu Trend-ə Milli məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycanda ölkə üzrə qazlaşma 97% keçməsinə baxmayaraq, elə dağlıq rayonlarımız var ki, o ərazilərdə qazlaşma ümumi respublika səviyyəsindən kifayət qədər aşağıdır. Məsələn, dəniz səviyyəsindən 1500 metrə qədər yüksəklikdə yerləşən Qusarda, Gədəbəydə və Lerikdə qazlaşma daha aşağı səviyyədədir. Dövlətimiz bu ərazilərdə də qazlaşdırmanı davam etdirir.

"Xankəndi və onun ətrafı yaşayış məntəqələri də Azərbaycanın əraziləridir. Bu ərazilərin qazla təchizatında problemin yaranmasını siyasiləşdirmək və beynəlxalq səviyyədə problemə çevirmək, ümumiyyətlə, məntiqsizdir. Çünki, bu ərazilər ermənilərin işğalı altında olduğu illərdə də belə problemlər olurdu və heç kim də səsini belə çıxartmırdı.

Amma onu da qeyd etməliyəm ki, ermənilər torpaqlarımızı işğal altında saxladıqları dövrdə Sərsəng su anbarından suyu qışda buraxaraq süni daşqınlar yaradırdı. Suya ehtiyac olanda, yayda isə suyun qabağını kəsərək süni quraqlıq yaradırdı. O cümlədən, Azərbaycana axan çayların zəhərli maddələrlə çirkləndirilməsini aparırdı, meşələrini qırarak ekoloji terror həyata keçirirdi. Biz bu məsələləri beynəlxalq təşkilatlar qarşısında qaldırsaq da, heç kim Eermənistana təsir etmədi və hətta güldən ağır söz demədi.
Həmin dairələr isə indi Xankəndiyə gedən magistral qaz xəttində qəzanın baş verməsini əlinə bayraq alıb şou yaratmaları gülməlidir və ikili standartlardan başqa bir şey deyil. Əgər ikili standartlar olmasaydı, Qarabağ münaqişəsi də 30 ilədək uzanmazdı. Çünki, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanımışdır və Ermənistanın hərbi birləşmələrinin Azərbaycanın ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin qətnamələrini icra etdirməli idi. Həm də torpaqlarımızın işğal altında olduğu dövrdə ermənilərin dağıdıb məhv və təhqir etdiyi dini-mədəni, tarixi abidələrimiz haqqında səslərini çıxardardılar.

Ermənistana dəstəyini nümayiş edənlər bilməlidirlər ki, Xankəndi də, Laçın dəhlizi də Azərbaycanın suveren əraziləridirlər. Ermənistanın daxili işlərimizə qarışmasına heç bir haqqı yoxdur. Azərbaycan öz texniki imkanları çərçivəsində qəzaları ardan qaldırır. Belə qəzaların tez bir zamanda həll olunması və fasiləsiz qazla, işıqla və su ilə təchiz edilməsi üçün vəziyyəti süni gərginləşdirən ərazilərimizdə qalan erməni hərbi birləşmələridir. Erməni hərbi birləşmələri ərazilərimizi nə qədər tez tərk edərlərsə və Xankəndidə, onun ətrafında yaşayan ermənilər Azərbaycan qanunlarına nə qədər tez riayət etsələr, belə qəzalar da qısa bir zamanda aradan qaldırılar", - deyə deputat qeyd edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  2. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  3. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  4. Binədə yolu keçən qadını avtomobil vurub
  5. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  6. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  7. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  8. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  9. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  10. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?