azadses.az » Manset » Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb - FOTOLAR

Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb - FOTOLAR

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb.
''Azad Səs'' bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.
Məlumatda deyilir ki, dövlət başçısının xüsusi tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada həyat əhəmiyyətli infrastrukturların, o cümlədən içməli su təchizatı sistemlərinin bərpası işləri həyata keçirilir. Bununla əlaqədar “Azərsu”yun mütəxəssislərindən ibarət qrup Şuşa şəhərinə və işğaldan azad olunmuş digər rayonlara ezam olunub. Mütəxəssislər su mənbələri, magistral xətlər, anbarlar və paylayıcı şəbəkələrin mövcud vəziyyətini araşdırıb.
Şuşa şəhəri işğaldan azad olunduqdan sonra şəhərə içməli suyun verilməsi tam dayanıb. Belə ki, düşmən tərəf şəhəri tərk edərkən Şuşanı içməli su ilə təmin edən magistral su kəmərini də sıradan çıxarıb. Yaranmış içməli su probleminin həlli məqsədilə mütəxəssislər Şuşada araşdırmaya başlayıb.
İlkin olaraq Daşaltı kəndinin içməli su təchizatı sistemi araşdırılıb. Aparılan təftiş işləri nəticəsində su təchizatı sismində baş vermiş qəzalar aradan qaldırılıb və noyabrın 12-də kəndə suyun verilişi təmin edilib. Eyni zamanda Şuşa şəhərini müvəqqəti olaraq maşına su ilə təmin etmək üçün Daşaltı kəndində sudoldurucu məntəqə yaradılıb.
Bununla paralel Müdafiə Nazirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə diametri 325 mm olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin texniki vəziyyəti təftiş olunub. Məlum olub ki, hərbi əməliyyatlar zamanı mərmi partlayışları nəticəsində şəhəri içməli su ilə təmin edən 9,4 km uzunluğunda polad borulardan ibarət magistral su kəməri üzərində 12 nöqtədə böyük qəzalar var. Qəzaların qısa müddətdə aradan qaldırılması üçün lazım olan texniki avadanlıq və mal-material tələbatı müəyyən edilib, həmçinin “Azərsu” ASC tərəfindən əlavə mühəndis-mütəxəssis heyəti, qəza-bərpa briqadası Şuşa şəhərinə ezam edilib.
Qəza-bərpa işlərinə cəlb olunmuş texnikanın maneəsiz hərəkəti üçün kəmərin marşrutu boyu mümkün olan yerlərdə istismar yolu salınıb, texnikaların hərəkətinin mümkün olmadığı yerlərə isə mal-materiallar əllə daşınaraq təmir işlərinə başlanılıbMürəkkəb relyefli ərazidə, meşə və dağ şəraitində magistral su kəmərinin qəzalı hissələri təmir edilib və noyabrın 25-də Şuşa şəhərinə suyun verilişi təmin olunub.
Şuşaya ezam edilmiş “Azərsu”yun Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli şəhərdə görülən işlər barədə məlumat verərək bildirib ki, hazırda mərmi partlayışları səbəbindən Şuşa şəhərinin daxili paylayıcı şəbəkəsinin qəzalı vəziyyətə düşmüş hissələri hazırda təmir edilir, şəbəkədə hidravliki tənzimləmə işləri aparılır. Görülmüş işlər nəticəsində şəhərin böyük bir hissəsi içməli su ilə təmin olunub. Relyef baxımından yüksəklikdə yerləşən əraziləri su ilə təmin edən nasosları işə salmaq üçün isə anbar kompleksində generator quraşdırılacaq.
Ötən müddətdə magistral kəmərin təmiri ilə yanaşı, Kiçik Kirs dağının ətəyində dəniz səviyyəsindən 1 580 m yüksəklikdə yerləşən suqəbuledici qurğuda da müvafiq işlər görülüb və mənbədən şəhərə verilən suyun həcmi artırılıb.
Şuşa şəhərini içməli su ilə təmin edən digər mənbənin və magistral kəmərin bərpası istiqamətində tədbirlərin görülməsi də nəzərdə tutulur.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  2. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  3. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  4. Bakıda yol qəzası olub, xəsarət alan var
  5. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  6. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  7. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  8. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  9. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  10. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı