Ukraynada bu siyasi partiyaların fəaliyyəti dayandırıldı
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının bir sıra siyasi partiyaların fəaliyyətinin dayandırılması ilə bağlı qərarını açıqlayıb.
“Azadsəs.az”ın “İnterfaks”a istinadən xəbərinə görə, Zelenski bildirib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurası bir sıra siyasi partiyaların - “Müxalifət platforması - Ömürlük!”, “Bizimkilər”, “Müxalifət bloku”, “Sol müxalifət”, “Sol qüvvələrin ittifaqı” , “Derjava”, “Mütərəqqi sosialist partiyası”, “Sosialist partiyası”, “Vladimir Saldo bloku”nun hərbi vəziyyət dövründə hər hansı fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.
Zelenskinin sözlərinə görə, Ədliyyə Nazirliyinə bu siyasi partiyaların fəaliyyətini qadağan etmək üçün təcili olaraq kompleks tədbirlər görmək tapşırılıb.
O qeyd edib ki, siyasətçilərin parçalanma və ya əməkdaşlığa yönəlmiş istənilən fəaliyyəti uğurlu olmayacaq, əksinə sərt cavab almış olacaqlar: “Hər kəs dövlətin maraqlarını, Ukraynanın mənafeyini düşünməlidir. Çünki bu, bizim üçün, həyat naminədir”.