Fələstin Prezidenti İsrailin müdafiə naziri ilə görüşdü
- 29-12-2021, 10:14
- Siyasət
Fələstin Prezidenti Mahmud Abbasla İsrailin müdafiə naziri Beni Qants arasında görüş baş tutub.
“Azadsəs.az” xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, nazir Mahmud Abbası Roş Haayindəki evində qonaq edib.
2,5 saat davam edən görüşdə təhlükəsizliklə yanaşı, mülki sahələrdə müxtəlif məsələlər müzakirə edilib.
Fələstin Mülki İşlər İdarəsinin rəhbəri, nazir Hüseyn əl-Şeyx də sözügedən görüşün baş tutduğunu təsdiqləyib.