azadses.az » Siyasət » “Bandotdel” əməliyyat keçirdi - “OCOS”ə görə saxlanılanlar var+Video

“Bandotdel” əməliyyat keçirdi - “OCOS”ə görə saxlanılanlar var+Video

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları sosial şəbəkələrin imkanlarından geniş istifadə edərək dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və bununla da zərərçəkənlərin külli miqdarda pul vəsaitini ələ keçirən daha bir mütəşəkkil cinayətkar dəstənin üzvlərini ifşa ediblər.

Bu barədə “Azadsəs.az”a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Baş İdarəyə bir qrup şəxsin investisiya şirkəti adı altında şəbəkə biznesi yaradaraq çoxsaylı vətəndaşları aldatmaları və pullarını ələ keçirmələri barədə əməliyyat məlumatları daxil olub.Baş İdarə əməkdaşlarının Azərbaycan Mərkəzi Bankının mütəxəssislərinin iştirakı ilə apardıqları araşdırmalar zamanı müəyyən olunub ki, Bakı şəhər sakinləri - Gülara Abdullayeva, Xəyal Yaxyayev və qeyriləri ölkə daxilində “İnsuccess” adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıblar. Daha sonra onlar “OCOS” beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsi ilə sosial şəbəkələrdə piarını həyata keçirməklə geniş yayılmasını təşkil ediblər.

Bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsi ilə əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə adı çəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta satıblar.

Araşdırma zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları və təxminən külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslərin paytaxtın Xətai rayonu, Sumqayıt şəhəri və digər məkanlarda icarəyə götürdükləri ofislərə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edək ki, saxlanılan şəxslərdən biri - Xəyal Yaxyayev və onun daxil olduğu mütəşəkkil dəstənin üzvləri əvvəllər də eyni əməllərlə, yəni sosial şəbəkələrdə maliyyə piramidası yaradaraq dələduzluqla məşğul olduqları üçün 2019-cu ildə Baş İdarənin əməkdaşları tərəfindən saxlanılıb və barələrində həbs qətimkan tədbirləri seçilmişdi.

Təqdim edilən sonuncu faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Gülara Abdullayeva və Xəyal Yaxyayev barəsində Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Göstərilən xüsusatların tam, hərtərəfli araşdırılması, həmçinin dəstənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"Ölkə ərazisində “OCOS” maliyyə-dələduzluq piramidasının fəaliyyəti nəticəsində zərərçəkən başqa vətəndaşlar varsa bu barədə DİN-in "102” Zəng Mərkəzinə, Baş İdarəyə, eləcə də Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər", - məlumatda qeyd edilib.



DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda axtarışda olan şəxs polis əməkdaşına xəsarət yetirərək qaçmağa cəhd göstərib
  2. Goranboyda evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  3. Nizami rayonunda avtomobillər toqquşub, 23 yaşlı qız xəsarət alıb
  4. Xırdalanda 17 yaşlı qızı avtomobil vurub
  5. Salyanda iki avtomobil toqquşub, xəsarət alanlar var
  6. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  7. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  8. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  9. Xətai rayonunda yaşayış binasında yanğın olub
  10. Bakıda baldız yeznəsini bıçaqlayıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək. Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a Ətraflı
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”