azadses.az » Siyasət » İspandilli mediada Füzuli Beynəlxalq Aeroportunun açılışı haqqında materiallar dərc edildi - FOTO

İspandilli mediada Füzuli Beynəlxalq Aeroportunun açılışı haqqında materiallar dərc edildi - FOTO


İspandilli media - EFE informasiya agentliyi, İsveçrə ictimai teleradio yayım korporasiyasının (SRG SSR) SWI swissinfo.ch versiyası, aparıcı xəbər portalları oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Aeroportunun açılışı haqqında materiallar dərc edib.

AZƏRTAC xəbər verir ki, həmin materiallarda Füzuli Beynəlxalq Aeroportu Qarabağın hava qapıları kimi vurğulanır. Oxucuların diqqətinə çatdırılır ki, Füzuli Aeroportuna Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) üç hərfdən ibarət FZL kodu verib. Çox qısa müddətdə tikilmiş bu aeroport ən müasir naviqasiya avadanlığı ilə təchiz olunub. Uzunluğu 3 000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istənilən tipli hava gəmilərini qəbul edə bilər.

Materiallarda bildirilir ki, Füzuli şəhəri təqribən 30 il erməni işğalı altında olub. Azərbaycan və Türkiyə liderləri Azərbaycanın cənub-qərbində mühüm avtomagistralın təməlini qoyub, digərinin isə tikintisində işlərin gedişi ilə tanış olublar.

Dövlət başçıları danışıqlardan sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər. Türkiyə Prezidenti regional əməkdaşlığın əhəmiyyətindən danışaraq deyib ki, əgər Ermənistan Azərbaycana səmimi münasibət göstərərsə, onda Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşmasına heç bir əngəl qalmayacaq. Bu region güclü logistik mərkəzə çevriləcək. Azərbaycanın bütün qonşuları, o cümlədən İran, Gürcüstan və Ermənistan bu mərkəzdən istifadə edə biləcək.

EFE agentliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu açıqlamasına da diqqət çəkir: “Davamlı sülhün təmin olunması və arzuedilən normallaşma istiqamətində irəliləyişin olması üçün şərait bu gün əvvəllər olmadığı qədər əlverişlidir. Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməlidir. Biz bölgədə davamlı sülhün və əhatəli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq”




DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  2. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  3. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  4. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  5. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  6. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  7. Argentinada 6 maqnitudalı zəlzələ olub
  8. Şanlıurfada yol qəzası olub, ölənlər var
  9. Lerik rayonunda zəlzələ baş verib
  10. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"