azadses.az » Siyasət » Azərbaycan Prezidenti: "Laçın və ya Kəlbəcərdə müasir beynəlxalq hava limanı tikiləcək"

Azərbaycan Prezidenti: "Laçın və ya Kəlbəcərdə müasir beynəlxalq hava limanı tikiləcək"

“Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarılır”.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

“Düzdür, orada relyef çox çətindir və demək olar ki, ərazilərin mütləq əksəriyyəti dağlıq ərazilərdir. Orada düz yer tapmaq çətindir, amma indi araşdırmalar gedir, ümid edirəm ki, yaxın gələcəkdə mənə məlumat veriləcək. Beləliklə, ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalıb. Göstəriş verilib, yaxın gələcəkdə artıq inşaat başlanacaq və bu il Füzuli şəhərində, - şəhərdən indi əsər-əlamət qalmayıb, - yaxud da ki, o ərazidə beynəlxalq aeroport fəaliyyətə başlayacaq. Bu, həm Qarabağ bölgəsinin inkişafı üçün lazımdır, çünki bütün növ təyyarələr enə biləcək - həm Füzulidə, həm Kəlbəcər-Laçın zonasında.

Eyni zamanda, Şuşaya gəlmək istəyən xarici qonaqlar rahat Füzuliyə enib, oradan avtomobillə Şuşaya gedəcəklər. Aeroportun tikintisi ilə paralel olaraq artıq Füzuli şəhərindən beynəlxalq uçuşların təşkili ilə bağlı ilkin araşdırmalar aparılmalıdır. Beynəlxalq aeroport beynəlxalq uçuşlar təşkil etməlidir. İlk növbədə, bizim aviaşirkətimiz “AZAL” bu məsələ ilə bağlı ciddi işləsin ki, aeroport açılandan sonra dərhal bizim qonşu ölkələrin bəziləri ilə hava nəqliyyatı təmin edilsin”, - Prezidenti İlham Əliyev bildirib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  2. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  3. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  4. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  5. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  6. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  7. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  8. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  9. Şabranda evə basqın olub, ölən və yaralanan var
  10. Ağstafada bəy və gəlin toylarında zəhərləniblər
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”