Sarkisyandan ŞOK ETİRAFLAR: Azərbaycanın qisasından qorxduqları üçün...
Ermənistan Qarabağda müharibənin əsas mərhələsində qisas qorxusundan “İskəndər” əməliyyat-taktiki komplekslərindən istifadə etmədi.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan “Armnews” telekanalına müsahibəsində bildirib.
Sarkisyan qeyd edib ki, əldə etdiyi etibarlı məlumata görə, “İskəndər”lərdən yalnız müharibənin sonunda istifadə edilib və onlardan Şuşaya doğru atəş açılıb: “Bəs niyə Azərbaycan ərazisinə zərbələr endirilmədi? Onların cavab zərbəsindən qorxduqlarını düşünürəm. “İskəndər” müharibənin dördüncü və ya beşinci günündə - Azərbaycanın Horadizə və digər ərazilərə çox sayda canlı qüvvə topladığı zaman istifadə olunmalı idi”.
Onun sözlərinə görə, “İskəndər” bunun üçün nəzərdə tutulub. Sarkisyan neft və qaz infrastrukturunun niyə uzunmənzilli silahlarla vurulmadığını da anlamır: “Mən demirəm ki, ilk hədəf boru kəməri olmalı idi. Amma nəticədə bu raketləri niyə aldıq? Onları lazımi vaxtda istifadə etməmək üçün? “İskəndər”lər bizimdir, müttəfiqin bu cür silahlar verdiyi ölkə yalnız bizik”.
Sarkisyan, eyni zamanda, Ermənistan tərəfinin digər silahlardan Azərbaycan ərazisində istifadə edilməməsi fikirləri ilə razılaşmayıb: “Unutmayın, bir qürurlu adam (baş nazir Nikol Paşinyanı nəzərdə tutur – red.) “Kirovabad” hava limanını (Gəncə - red.) “vurmaq” əmri verdiyini söylədi”.
O, atəşin hərbi sahəyə deyil, şəhərin bir yaşayış məntəqəsinə açıldığını xatırladıb.
Keçmiş prezident bunu “böyük bir axmaqlıq” adlandırıb və bundan sonra Xankəndi və Xocavənd istiqamətində Azərbaycan tərəfindən təzyiqin ikiqat artırıldığını bildirib.