"Terrorçular zorla da olsa, ərazilərimizdən çıxarılacaq" - AÇIQLAMA
- 17-12-2020, 16:54
- Siyasət
“Erməni terror qruplaşmaları azad olunan ərazilərdən çıxmaq istəməsələr, Azərbaycan Ordusu və Rusiya sülhməramlıları onları zorla da olsa çıxaracaq.”.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Vüqar İsgəndərov deyib. O, terrorçulara heç bir güzəşt olunmayacağını bildirib:
“Rusiya sülhməramlıları terrorçular ərazilərimizdən çıxarır. Terrorçu qruplaşmalar çıxmaq istəməsələr, Azərbaycan Ordusu və Rusiya sülhməramlıları onları zorla da olsa çıxaracaq. Dağlıq Qarabağ və ətraf rayonlarda yalnız Azərbaycan qanunları olacaq. Bizim suverən hüquqlarımız tam şəkildə bərpa olunana qədər bu proses davam edəcək. Azərbaycanın şanlı bayrağı bütün şəhər və rayonlarda dalğalanacaq. Buna heç bir qüvvə mane ola bilməz. Ordumuz, polisimiz bütün nəzarəti əla alacaq. Bir sözlə, digər şəhər və rayonlarımızda necədirsə, işğaldan azad edilən ərazilərdə də elə olacaq. Buna heç kimin şübhəsi olmasın. Bu məsələdə Azərbaycanın mövqeyi dəyişməzdir”.