Bu tarixi torpaqlarımızı geri ala bilərik - ZƏNGƏZUR, GÖYÇƏ VƏ...
- 12-12-2020, 11:28
- Siyasət
"Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə başlaması və bundan sonra hədəflər müəyyən etməsi gözlənilən hadisə idi. Ölkəmiz tarixi torpaqlarının tən ortasında yerləşir. Bütövlükdə bu bölgəni öyrənmək istəyən şəxslər də dilimizi bilmək məcburiyyətində qalır".
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib. O bildirib ki, bizim bir sıra hədəflərimiz reallaşır. Prezidentin dediyi Göyçə, İrəvan, Zəngəzur məsələsini xatırlayaq. Bu torpaqların ermənilərə verilmə tarixi bəlllidir və onların geri qaytarılması da mümkündür. Çünki həmin ərazilər yüz illik icarə əsasında verilib. Hədəflərimizi bunların üzərində qurmalıyıq ki, sonrakı yüz ildə yeni işğalla üzləşməyək.
Bu məsələdə Türkiyənin addımı da çox önəmlidir. Xüsusilə də Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlər, şeirdə vurğuladığı Araz həsrəti Azərbaycanın bütövlüyü prosesini önə çıxardı. Bunlar nəinki Ermənistana mesajdır, həmçinin digər dövlətlər də narahatdır. Amma bu narahatlıq nəyisə dəyişmir".