Tanınmış aparıcı Lider TV-dən getdi – Telekanalda nə baş verir?
- 19-09-2020, 14:14
- Mədəniyyət
Aparıcı Könül Muxtarova "Lider" telekanalı ilə yollarını ayırıb.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, o, ötən gün ərizəsini yazaraq işdən gedib. Buna səbəb isə telekanalın yeni mövsümdə heç bir layihəsinin olmamasıdır. Belə ki, "Lider TV" yalnız prodakşın verilişləri yayımlamağa başlayıb.
Xəbəri təsdiqləyən Könül bildirib ki, kanalda heç bir veriliş yoxdur:
"Oranın rəsmi işçisiyəm, prodakşınla çalışmağı düşünmürdüm. Kanalda iş getmir. Oranın ştatda olan işçilərinə heç bir layihə verilmir. Verilişin olmayacağını işçiyə ən gec iyun-iyulda demək lazım idi. Sentyabrda işçiyə deyirlər ki, kanalda layihə yoxdur".
Bir neçə gün əvvəl sosial şəbəkə yazdığı "Günlərdir yazmaq və demək istədiklərim boğazımda düyünlənib. Həyata davam etsəm də, əslində böyük boşluğun içindəyəm. İlk dəfədir möcüzə üçün bu qədər dua edirəm. Bilirəm yaşadığım heç nə boşuna deyildi və üzüm yenidən güləcək" sözləri ilə gündəmə gələn aparıcı ona da aydınlıq gətirib:
"Elə zəmanəyə gəlmişik ki, gündəlik əhvalımızı istər-istəməz sosial şəbəkədə hiss etdiririk.Bir neçə gün əvvəl gərgin və qorxulu günlər keçirdim, həmin sözləri də ona görə yazmışdım. indi hər şey geridə qaldı. Verdiyim qərarlar özümlə bağlıdır. Əminəm ki, bu qərarım digər mövsümlərdəkindən fərqlənəcək. Çünki burada söhbət tək telekanaldakı fəaliyyətimdən yox, özümdən də gedir".Axşam.az