Əməkdar artistdən ACİZANƏ XAHİŞ: “İcazə versinlər, heç olmasa…”
- 20-08-2020, 09:40
- Mədəniyyət
“Teatrlar açılsın, heç olmasa, boş zala oynayaq. Aktyor məşq etmədikcə, üzərində işləmədikcə, tamaşaçı qarşısında çıxış etmədikcə vəziyyəti acınacaqlı olur. Teatrlarda aktyorların iki-iki, üç-üç işə başlaması üçün icazə verilsin. Çox istəyərdim ki, Operativ Qərargah bu arzumuzu nəzərə alsın”.
Bunu Yenicag.az-a açıqlamasında əməkdar artist, tanınmış rejissor və aktyor Sərvər Əliyev deyib.
Altı aydır ki, səhnəyə çıxmayan və yaradıcılıq üçün darıxdığını deyən aktyor Operativ Qərargaha səslənib:
“Pandemiya yaradıcılığımda böyük fasilə, boşluq yaratdı. Teatr üçün çox darıxmışam. Futbolçuları artıq idman zalına buraxıblar. Teatrlar da açılsın, heç olmasa, boş zala oynayaq. Aktyor məşq etmədikcə, üzərində işləmədikcə, tamaşaçı qarşısında çıxış etmədikcə vəziyyəti acınacaqlı olur. Fabrikin, zavodun dayanması faciə deyil. Bir anda dəzkahlar işə düşə bilər. Amma biz aktyorlar işə başlayanda, böyük çətinliklərlə qarşılaşacağıq. Sıfırdan başlamaq çox ağır prosesdir. Teatrlarda aktyorların iki-iki, üç-üç işə başlaması üçün icazə verilsin. Tamaşa oynanılmasa da tamaşa üzərində işə başlayaq. Bu proses onsuz da iki-üç ay vaxt aparır. Çox istəyərdim ki, Operativ Qərargah bu arzumuzu nəzərə alsın”.
Bir müddət öncə virusa yoluxan və sağaldıqdan sonra 57 gün doğma kəndlərində qalan aktyor hətta sifariş aldığı tamaşanın hazırlıq prosesində də iştirak edə bilməyib:
“Virusa yoluxub, sağaldıqdan sonra 57 gün doğma kəndimizdə qaldım. Bu müddət ərzində ruhumda, cismimdə bir yenilik yarandı.Təsəvvür edin, içim sənət üçün necə yanır. Bu yığılmış enerjini tamaşaya xərcləmək istəyirəm. Darıxmışam sözü arzularımı ifadə etməyə imkan vermir. Daxilim sənət yanğısı ilə alışır.
Dərbənd Teatrında Moskvanın sifarişi ilə “Uzaq sahillərdə” romanı əsasında pyes yazdım. Tamaşanı hazırlamaq üçün Kabardiya Balkardan rejissor dəvət etdim. O prosesdə özüm də iştirak etməliydim, amma pandemiyaya görə, mümkün olmadı. Onlayın şəkildə o tamaşanı izlədim və qəbul etdim. Yaradıcılığımdakı boşluq, fasilə məni çox incidir”.