Sevda Ələkbərzadə öz yaradıcı eksperimentlərinə və cəsarətinə daha bir tərz əlavə edib. "Qafqazinfo" xəbər verir ki, o, bu dəfə “Ən” adlı mahnısını təqdim etməklə fərqli və eyni zamanda müasir janrlarla ayaqlaşa biləcəyini nümayiş etdirib. Mahnının müəllifi və sound prodüseri Nicat Məlikovdur.