Onlayn narkotik satan şəxs saxlanıldı - Foto
- 5-08-2020, 14:37
- Cəmiyyət
Bakıda onlayn yolla narkotik vasitələrin alqı-satqısını həyata keçirən şəxs saxlanılıb.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Salyan rayon sakini Nicat Nuriyev tutulub. Onun üzərində şəxs axtarış aparılan zaman 116 qram heroin və 6 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Araşdırma zamanı Nicat Nuriyevin narkotik vasitələri onlayn yolla tanımadığı şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə aldığı məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Nicat Nuriyev tutularaq istintaqa təqdim olunub. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.