Главная > Manset > Bu il “Brent” markalı neftin orta qiyməti 42 dolları ötüb - FOTO
Bu il “Brent” markalı neftin orta qiyməti 42 dolları ötüb - FOTO21-11-2020, 12:07. Разместил: azadses |
2020-ci ildə dünya bazarında əmtəə qiymətləri çox dəyişkən olub. ''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Pul Siyasəti İcmalı” ilə bağlı hesabatında məlumat verilib. Bildirilib ki, Dünya Bankının (DB) əmtəə bazarları haqqında son məlumatlarına əsasən, 2020-ci ilin 9 ayında enerji qiymətləri 33,7 faiz azalıb, qeyri-enerji qiymətləri 4,5 faiz, ərzaq qiymətləri 1,5 faiz artıb. Qiymət dəyişikliyi rüblər üzrə fərqli olub. III rübdə enerji qiymətləri 5,4 faiz, qeyri-enerji əmtəə qiymətləri 9,6 faiz, ərzaq qiymətləri 6,1 faiz, qiymətli metal qiymətləri isə 15,4 faiz yüksəlib. Qızılın qiyməti 2020-ci ilin III rübü ərzində 6,8 faiz artıb. Enerji qiymətlərindəki artım əsasən neft və təbii qaz qiymətlərindən təsirlənib. DB-nin əmtəə qiymətləri haqqında son məlumatlarına əsasən 2020-ci ilin yanvar-sentyabr aylarında təbii qazın qiyməti indeksi 17,2 faiz azalıb. Qeyd edilib ki, ilin 9 ayı ərzində “Dow Jones” indeksi 4,2 faiz, “S&P 500” indeksi isə 22,8 faiz azalıb, III rüb ərzində isə müvafiq olaraq 7,3 faiz və 4,2 faiz dəyər qazanıb. Müvafiq dövr ərzində dünya bazarında “Brent” markalı neftin hər bareli üçün orta qiyməti 42,3 ABŞ dolları təşkil edib. Rüblər üzrə neftin qiyməti də dəyişkən olub. III rübdə neftin dünya bazarında orta qiyməti 43,3 ABŞ dolları səviyyəsində olub ki, bu da 2020-ci ilin II rübünün göstəricisindən 30,1 faiz çoxdur. Beynəlxalq Enerji Agentliyinin “Neft Bazarı” hesabatının oktyabr buraxılışına əsasən 2020-ci il ərzində qlobal neft tələbinin günə 97,2 milyon barel olacağı proqnozlaşdırılır. Bu ötən ilin proqnozuna nisbətən 8,4 milyon barel azdır. Вернуться назад |