Nazir müavini: “EuroHome" Ticarət Mərkəzində yanğın tam məhdudlaşdırılıb”
- 10-12-2019, 10:33
- Manset
"EuroHome" Ticarət Mərkəzində baş verən yanğın tam məhdudlaşdırılıb”.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
O qeyd edib ki, yanğının söndürülməsinə 3 helikopter, 1 təyyarə, 250-dən çox canlı qüvvə cəlb olunub.
"Həyata keçirilən tədbirlər nəticəsində yanğın tam məhdudlaşdırılıb", - deyə nazir müavini vurğulayıb.