Bayden Administrasiyası Ukraynaya 1,25 milyard dollarlıq silah paketi ayıracaq
ABŞ Prezidenti Cozef Bayden Administrasiyasının gələn həftə açıqlamaq niyyətində olduğu Kiyev hakimiyyətinə yeni silah paketinin məbləği 1,25 milyard dollar təşkil edəcək.
"Report"un məlumatına görə, bu barədə mənbələrə istinadən "Associated Press" xəbər yayıb.
Məlumata görə, Ukrayna üçün yeni silah paketinə NASAMS və HAWK zenit-raket kompleksləri də olmaqla çoxlu sayda sursat daxildir. Bundan başqa, ABŞ hakimiyyəti Ukraynaya “Stinger” zenit-raket komplekslərini, 155 mm və 105 mm-lik artilleriya mərmilərini göndərmək niyyətindədir.