KİV: ABŞ İsrailə 1 milyard dollarlıq yeni silah tədarükü təklifi üzərində işləyir
- 15-05-2024, 13:55
- Dünya
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası İsrailə 1 milyard dollardan çox yeni silahların verilməsi təklifi üzərində işləyir.
"Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən xəbər yayıb.
Onların sözlərinə görə, bura 700 milyon dollarlıq tank sursatları, 500 milyon dollarlıq taktiki maşınlar və 60 milyon dollarlıq minaatan mərmiləri üçün potensial tədarük daxildir.
Nəşr qeyd edib ki, silah tədarükünü davam etdirmək qərarı Baydenin İsrail hakimiyyəti ilə fikir ayrılıqlarını dərinləşdirmək istəmədiyini vurğulayır.