Makronun Haiti rəhbərliyini “axmaq” adlandırması qalmaqala səbəb olub
Fransa Prezidenti Emmanuel Makronun Haiti liderlərini “axmaq” adlandırması ölkələr arasında qalmaqala səbəb olub.
“Report” xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Nəşrin yazdığına görə, Haiti hökuməti Makronun “dostyana olmayan və yersiz” şərhlərinə etiraz etmək üçün ölkədəki Fransa səfirini çağırıb.
Belə ki, çərşənbə günü Fransa Prezidenti Karib ölkəsindəki vəziyyəti şərh edərkən Haitinin keçid prezident şurasının baş naziri vəzifəsindən kənarlaşdırılması barədə qərarını “tamamilə axmaqca” adlandırıb. Bu qərar noyabrın əvvəlində silahlı qarşıdurmaların kəskinləşməsi fonunda qəbul edilib.
“Açığı, Haitini məhz narkotik alveri ilə məşğul olmağa yol açan haitililər məhv ediblər”, – Makron deyib.
Bu sözlərdən sonra Braziliyada Fransa Prezidenti şura ilə fikir ayrılığına görə hakimiyyətdən kənarlaşdırılan Haitinin keçmiş baş naziri Ariel Anrini tərifləyib. Makron onun böyük lider olduğunu söyləyib.
“Onlar tam axmaqdırlar, onu işdən çıxarmamalı idilər”, – Fransa lideri qeyd edib.
Nəticədə Makronun açıqlamaları Haitidə (keçmiş Fransa müstəmləkəsində) qəzəbə səbəb olub. Lakin cümə axşamı Çilidə prezident, görünür, öz tonunu yumşaldıb.
“Fransa heç vaxt böhrandan üz çevirməyəcək... Faciə qarşısında heç vaxt ikili standartlar olmayacaq, istər Haitidə, istər Venesuelada, istərsə də Avropanın qapısında”, – Makron vurğulayıb.
Nəşr qeyd edib ki, Haiti rəhbərliyi daxili çəkişmələrlə parçalanıb və təhlükəsizliyi bərpa etmək və seçkilərə zəmin hazırlamaq tapşırığı verilən keçid prezident şurasının üç üzvü korrupsiyada ittiham olunur. Onlar öz vəzifələrində qalırlar.
“The Guardian” həmçinin əlavə edib ki, Fransa Haitidə təhlükəsizliyin bərpasına kömək etmək üçün nəzərdə tutulmuş, ciddi resurs çatışmazlığı olan təhlükəsizlik missiyasının maliyyələşdirilməsi üçün BMT fonduna 4 milyon avro, həmçinin öz hərbçiləri üçün fransız və kreol dili kurslarının maliyyələşdirilməsini öhdəsinə götürüb.