Knesset BMT agentliyinin İsraildə fəaliyyətini qadağan edən qanunu təsdiqləyib
İsrail Knesseti (parlament) Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) İsrail torpaqlarında fəaliyyətini qadağan edən qanunu təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə Kan radiosu məlumat yayıb.
Qanun layihəsi ikinci və üçüncü, yekun oxunuşlarda qəbul edilib. Belə ki, 92 deputat qanunun lehinə, 10 deputat əleyhinə səs verib.
Qanun agentliyin İsrail ərazisində birbaşa və ya dolayısı ilə ofislərinin olmasını, xidmət göstərməsini və ya hər hansı fəaliyyətini qadağan edir.
UNRWA-nın baş komissarı Filip Lazzarini bildirib ki, Knessetin qərarı İsrailin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə ziddir:
“Bu qərar BMT Nizamnaməsinə ziddir və İsrail dövlətinin beynəlxalq hüquq üzrə öhdəliklərini pozur. Bu qanun layihələri fələstinlilərin, xüsusən də insanların bir ildən artıqdır ki, mütləq cəhənnəmdə yaşadığı Qəzzada əzablarını daha da artıracaq”.