BMT-nin Yaxın Şərq agentliyinin rəhbəri təşkilatın risk altında olduğunu bildirib
- 24-02-2024, 08:00
- Dünya
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) böhranlı həddə çatıb və işini yerinə yetirmək qabiliyyəti təhlükə altındadır.
"Report"un məlumatına görə, bu barədə Livanın "Al Mayadeen" telekanalı təşkilatın baş komissarı Filip Lazzarininin bəyanatına istinadən xəbər yayıb.
"Dərin təəssüf hissi ilə bildirməliyəm ki, Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi kritik həddə çatıb və onun (BMT) Baş Assambleyasının qətnaməsi ilə verilmiş mandatı yerinə yetirmək qabiliyyəti indi ciddi təhlükə altındadır", - Lazzarini bəyanatında bildirib.
Yanvarın sonunda ABŞ, Böyük Britaniya, Almaniya və Kanada da daxil olmaqla bir neçə ölkə Fələstinin radikal HƏMAS hərəkatı ilə əlaqədə şübhələr fonunda UNRWA-ya maliyyəni dayandırdıqlarını açıqlayıb. Agentliyin baş komissarı Filip Lazzarini ötən ilin oktyabrında HƏMAS-ın İsrailə hücumunda iştirak edən bir neçə agentliyin əməkdaşının işdən çıxarılmasına göstəriş verib.