ABŞ senatı Yunanıstana hərbi yardım qanununu təsdiqlədi
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Yunanıstana hərbi texnika və təlim yardımını nəzərdə tutan qanun layihəsini yekdilliklə təsdiqləyib.
“Anadolu” agentliyi xəbər verir ki, “ABŞ-Yunanıstan Müdafiə və Parlamentlərarası Tərəfdaşlıq Qanunu” adlı layihə komitə rəhbəri, demokrat Bob Menendez və komitə üzvü, respublikaçı senator Marko Rubio tərəfindən təqdim edilib.
Sözügedən qanun layihəsi komitədəki bütün senatorların təsdiqini aldıqdan sonra səs verilməsi üçün Senatın Baş Məclisinə göndərilib.
Senat da təsdiq edərsə, qanun layihəsi Nümayəndələr Palatası Baş Məclisinin təsdiqinə və ən nəhayət, ABŞ Prezidenti Co Baydenə təqdim ediləcək.
Qanun layihəsi özündə 2022-2026-cı illər aralığında hər il Yunanıstana 1,8 milyon dollar dəyərində beynəlxalq hərbi təlim dəstəyinin verilməsi və digər güzəştləri ehtiva edir.