Meksikada uşaqlarda piylənmə səbəbindən məktəblərdə zərərli qidaların satışı qadağan ediləcək
Meksika iqtidarı uşaqlar və yeniyetmələr arasında piylənmə ilə mübarizə aparmaq üçün məktəblərdə sağlam olmayan qida və şirin içkilərin satışını tamamilə yasaqlayacaq.
“Report” xəbər verir ki, bu barədə ölkə prezidenti Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında çıxış edən respublikanın təhsil naziri Mario Delqado bildirib.
“Sentyabrın 30-da təhsil və səhiyyə nazirliklərinin rəhbərləri (əvvəlki hökumətin – red.) məktəblərdə sağlam qidalanmanın təşviqi ilə bağlı razılaşma imzalayıblar. 29 mart 2025-ci il tarixindən etibarən milli təhsil sisteminin bütün ibtidai, orta və yuxarı səviyyəli məktəbləri üçün (razılaşmanın şərtlərinin yerinə yetirilməsi - red.) məcburi olacaq”, – Delqado diqqətə çatdırıb.
Nazir qeyd edib ki, söhbət aşağı qida dəyəri olan ifrat emal edilmiş məhsulların satışının qadağan edilməsindən gedir.
“Bizim artıq müəyyən göstərişlərimiz olub, lakin onlar lazımi gücə malik deyildi. Əslində, məktəblərin əksəriyyətində aşağı qida dəyəri olan məhsulların satışı üstünlük təşkil edir”, – nazir vurğulayıb və araşdırmaların məlumatlarını gətirib ki, məktəblərin 98 %-də zərərli qida, 95 %-də şirin içkilər, 79 %-də qazlı içkilər satılır.
Delqadonun sözlərinə görə, bu məsələ məktəblilərin piylənməsi vəziyyəti səbəbindən xüsusilə gündəmdədir.
“Milli sağlamlıq və qidalanma araşdırmasına görə, 5-11 yaş arası 5,7 milyon şagirddə və 12-19 yaş arası 10,4 milyon şagirddə piylənmə problemi var. Bu, göz yuma bilməyəcəyimiz bir problemdir”, – nazir söyləyib və baş verənləri həddindən artıq şəkər istehlakı ilə əlaqələndirib.