Trampa qarşı çıxan Respublikaçılar Harrisin kampaniyası üçün vəsait toplayıblar
ABŞ-da prezident seçkilərinin yarışında Donald Trampa qarşı çıxan Respublikaçılar Partiyasının tərəfdarları Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harrisin kampaniyası üçün 35 milyon dollardan çox vəsait toplayıblar.
“Report” xəbər verir ki, bu barədə “Newsweek” jurnalı məlumat yayıb.
Qeyd olunub ki, “Trampa qarşı Respublikaçı Seçicilər” adlı qrup demokratların Ağ Evdə qalmasına kömək etmək üçün mart ayında pul yığmağa başlayıb. Qrupun məqsədi Harrisin prezidentlik kampaniyası üçün 50 milyon dollar toplamaqdır. Son seçki yarışında eyni qrup Demokratlara kömək üçün təxminən 10 milyon dollar toplamışdı.
Nəşrə müsahibə verən ekspertlər hesab edirlər ki, belə kiçik qruplar Harrisə yarışın nəticəsinə təsir edə biləcək ştatlarda daha çox dəstək qazanmağa kömək edə bilər.