Harris Trampla debata hazırlaşmaq üçün ağlasığmaz üsula əl atdı
ABŞ prezidentliyinə namizəd Kamala Harris debata hazırlaşmaq üçün Respublikaçı rəqibi Donald Trampın oxşarını muzdla tutub.
Vitse-prezident mümkün təhqiredici şərhlərə necə reaksiya verməyi məşq etmək üçün dublyordan istifadə edir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Washigton Post" məlumat yayıb.
"Harris son dörd günü onun üçün intensiv məşq meydançasına, bir növ "debat düşərgəsinə" çevrilmiş Pittsburqda keçirib. Onun komandası siyasətçi üçün ona şifahi hücum edən və təhqiredici şərhlər səsləndirən təcrübəli əməkdaşı işə cəlb edib", - qəzet yazıb.
Materialın müəllifləri qeyd ediblər ki, Harrisin köməkçiləri xüsusi olaraq debatların keçiriləcəyi ABC televiziya kanalının maketini təqlid edən studiya planını yaradıblar. Onlar Harrisə çoxlu suallar verərək məşqlərdə iştirak edirlər.