Numan Kurtulmuş: 2022-ci ildə bəzi ölkələr Rusiya ilə Ukrayna arasında münaqişənin bitməsini istəmirdilər
“2022-ci ildə İstanbulda problemi həll etmək şansı olanda bəzi ölkələr Rusiya ilə Ukrayna arasında münaqişənin bitməsini istəmirdilər”.
“Report” xəbər verir ki, bunu Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bəyan edib.
“Biz hər iki tərəf üçün məqbul olan və bir sıra şərtlərlə ədalətli və balanslaşdırılmış sülhə nail olmaq üçün demək olar ki, son nöqtəyə çatmışıq. Dolmabaxça danışıqlarında (2022-ci ildə İstanbulda) bu məsələ demək olar ki, imzalanma mərhələsinə çatdı. Amma təəssüf ki, bəzi ölkələr müharibənin bitməsini istəmirdilər. Çünki ABŞ Ukrayna müharibəsi ilə Avropa qitəsini konsolidasiya etməyə çalışır və Rusiyanı ciddi problemlə çaşdırmaq istəyir” - deyə, o vurğulayıb.
Onun fikrincə, Amerika Birləşmiş Ştatları həm də güc balansının qorunması maraqları baxımından regional turbulentliyin saxlanmasını vacib sayır:
“Ona görə də ilk növbədə Ukrayna və Rusiya bu müharibəni tez bir zamanda dayandırmaq üçün siyasi niyyətlərini özləri açıq şəkildə bəyan etməlidirlər. Bəli, asan deyil. Ukrayna Rusiyanı məğlub edə bilməz, lakin Rusiya uzun səylərə baxmayaraq, istədiyi məqsədə çata bilmir, ona görə də indi heç bir tərəfi qalib adlandırmaq olmaz”.