ABŞ enerji infrastrukturunun təmiri üçün Ukraynaya avadanlıq tədarükünü artırır
ABŞ enerji infrastrukturunun təmiri üçün Ukraynaya avadanlıq tədarükünü artırır.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin Ağ Evin saytında yerləşdirilmiş bəyanatında deyilir.
“Birləşmiş Ştatlar, həmçinin Ukraynanın enerji sistemlərini təmir etmək və Ukrayna enerji şəbəkəsinin dayanıqlılığını artırmaq üçün aktiv şəkildə bu ölkəni avadanlıqla təmin edir”, - Bayden bildirib.
O, Rusiya Silahlı Qüvvələrinin Ukraynada kritik əhəmiyyətli enerji infrastrukturu obyektlərinə endirdiyi kütləvi zərbəni pisləyib:
"Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsini və Ukrayna xalqını qaranlığa qərq etmək cəhdlərini qəti şəkildə pisləyirəm. ABŞ Ukraynaya dəstək verən 50-dən çox ölkədən ibarət koalisiyaya rəhbərlik etməyə davam edəcək. Bu koalisiya Ukrayna mühüm hərbi texnikaya, o cümlədən hava hücumundan müdafiə imkanlarına və ələ keçirən raketlərə malikdir".
Bayden əlavə edib ki, Birləşmiş Ştatlar “Ukrayna xalqı qalib gələnə qədər onların yanında olacaq”.