azadses.az » Manset » KİV: Ermənistan NATO-nun yeni plasdarmıdır?

KİV: Ermənistan NATO-nun yeni plasdarmıdır?

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu avqustun 6-da Azərbaycana səfəri zamanı bildirib ki, Qərb Cənubi Qafqazın işlərinə qarışmağa çalışır və regionun təhlükəsizliyini təhlükə altına qoyur.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın NEWS.ru portalının analitik məqaləsində deyilir.

Bir gün əvvəl məlum olub ki, İrəvan KTMT təlimlərini boykot edir, lakin bir neçə həftə əvvəl ABŞ Ermənistan ərazisində “Eagle Partner 2024” manevrləri keçirdi. Hərbi analitiklər xəbərdarlıq edirlər ki, bu respublika Rusiyanı cənubdan təhdid edən NATO plasdarmına çevrilmək riski daşıyır.

Şoyqu Qərbin müdaxiləsi haqqında nə deyib

Şoyqu Bakıya çərşənbə axşamı gəlib, burada Azərbaycan Prezidenti İlham Əliyev və Təhlükəsizlik Şurasının katibi Ramil Usubov onu qəbul ediblər. "Ən vacib məsələlər müzakirə edildi", - Şoyqu görüşdən sonra deyib.

“Bu, əlbəttə ki, ilk növbədə Cənubi Qafqazda təhlükəsizlikdir. Bu, Ermənistanla 10-cu redaksiyası İrəvana verilmiş sülh sazişidir. Bu, əlbəttə ki, Qərbin prosesə müdaxilə etmək üçün çox fəal cəhdləridir", - o əlavə edib.

KTMT-nin təlimləri yenidən Ermənistansız keçiriləcək

Portal vurğulayıb ki, sonralar "3+3" adlandırılan Cənubi Qafqaz üzrə altı tərəfli əməkdaşlıq formatının təşəbbüsü ilə hələ dörd il əvvəl Azərbaycan və Türkiyə çıxış ediblər. Rusiya və İran bu fikri alqışladılar. Ermənistan da əvvəlcə təşəbbüsə qoşulub. Amma indi İrəvan tədricən onu Moskva ilə birləşdirən istənilən layihədən çıxır. Belə ki, bazar ertəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Katibliyi bəyan edib ki, Ermənistan KTMT-nin "Qarşılıqlı fəaliyyət-2024" kollektiv operativ reaksiya qüvvələrinin komanda-qərargah təlimlərində iştirakdan imtina edib. Təlimlər 3-15 sentyabrda Qırğızıstanda planlaşdırılıb.

Bazar ertəsi də məlum oldu ki, Ermənistan 14-16 avqust tarixlərində Novosibirskdə Rusiya Qvardiyasının himayəsi altında keçiriləcək KTMT-nin digər "Kobalt-2024" təlimlərini buraxacaq. Orada Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstandan olan təhlükəsizlik qüvvələri qanunsuz silahlı birləşmələrin məhv edilməsi, habelə girovların azad edilməsi üçün birgə tədbirləri planlaşdırırlar.

Ermənistan son bir il ərzində KTMT-yə məhəl qoymur. Məsələn, ötən yay Belarusda manevrləri buraxıb. Bir az əvvəl İrəvan müttəfiqlərin ərazilərində təlimlər keçirməsini qadağan etmişdi, baxmayaraq ki, onları qəbul etmək növbəsi onun idi. Eyni zamanda, Ermənistan artıq ikinci ildir ki, ABŞ ilə “Eagle Partner” manevrləri keçirir və bunun üçün Amerika hərbçilərini dəvət edir. İyulun 15-24-də keçirilən təlimlərdə bu dəfə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının döyüşçüləri, həmçinin ABŞ-nin Quru Qoşunları və Kanzas Milli Qvardiyasından qonaqlar iştirak ediblər.

İrəvan Qərbə necə yönəldi

Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin əvvəlindən KTMT-ni tənqid edir. Fevral ayında o, ölkənin təşkilata üzvlüyünün dondurulduğunu elan etdi və daha sonra İrəvan qurumun büdcəsinə üzvlük haqqı verməyi dayandırdı. Paşinyan hətta KTMT-nin üzvlərini Azərbaycanla birlikdə ermənilərə qarşı "müharibə planlaşdırdıqları" "köpük ittifaqı" adlandırdı. Nəhayət, iyun ayında parlamentdə çıxış edərək birbaşa respublikanı KTMT-dən çıxaracağına söz verdi, ancaq dərhal yox, lazım olduqda.

Paşinyan və Rusiyanı açıq şəkildə tənqid edir. Məsələn - o, ötən il, respublikasının Moskvadan asılılığını "strateji səhv" adlandırıb. O, eyni zamanda, Qərblə, hərbi sahədə sürətlə yaxınlaşmağa başlayıb.

İlham Əliyev Rusiyanın regionun təhlükəsizliyinə verdiyi töhfəni necə qiymətləndirib

Azərbaycanda qonşu respublikada revanşist əhval-ruhiyyənin artması regionu yeni silahlı münaqişə ilə təhdid etməsi ilə bağlı dəfələrlə narahatlıq ifadə olunub. İyul ayında Şuşada keçirilən İkinci Qlobal Media Forumunda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanı Bakı ilə danışıqlarda "saxta tarixi povestlərdən uzaqlaşmağa və real yanaşma nümayiş etdirməyə" çağırıb. "Bunu Ermənistan, erməni diasporu və revanşist qüvvələr də anlamalıdır", - Azərbaycan lideri xəbərdarlıq edib.

Çərşənbə axşamı Şoyqu ilə görüşdə İlham Əliyev Moskva ilə münasibətləri mühüm təhlükəsizlik amili adlandırıb. "Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu ölkələr üçün də nümunə olduğunu deyən Prezident İlham Əliyev bunu Cənubi Qafqazda və daha geniş regionda təhlükəsizliyin mühüm amili kimi dəyərləndirib", - dövlət başçısının saytında bildirilir. Azərbaycan Prezidenti qeyd edib ki, iki ölkə arasında əlaqələr çox uğurla inkişaf edir. Şoyqu, öz növbəsində, regional təhlükəsizlik məsələlərində səmərəli qarşılıqlı əlaqəni vurğulayıb və Moskvanın Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəklədiyini bildirib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?