General-polkovnik: "Qarabağdakı hərbi xunta rejimi yalnız Azərbaycana qarşı deyildi, dünyaya təhdid yaradırdı"
"Qarabağdakı hərbi xunta rejimi yalnız Azərbaycana qarşı deyildi, miqyasca Qafqaz bölgəsini də aşan öz cinayətkar əməlləri ilə bütünlüklə dünyaya təhdid yaradırdı".
"Report" xəbər verir ki, bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.
"Tam əminliklə demək olar ki, Azərbaycan Qarabağdakı cinayətkar rejimi məhv etməklə qlobal təhlükəsizlik sisteminə çox mühüm töhfə verib", - o bildirib.
R.Usubov qeyd edib ki, 2020-ci ilin 10 noyabrında Ermənistanın təslimçilik aktını imzalaması və bu ilin 20 sentyabrında antiterror tədbirlərinin uğurla başa çatması ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi təhlükəsizlik strategiyası başlıca hədəfinə çatdı və mühüm mərhələsini yekunlaşdırdı.