Siyasətçilərin nitqləri güclü isti səbəbindən sadələşməyə başlayıb – ARAŞDIRMA
Maks Plank Elmi Tədqiqatlar Cəmiyyətinin alimləri həddindən artıq isti və soyuğun siyasətçilərin idrak qabiliyyətlərinə necə təsir etdiyini araşdırıblar.
“Report” xəbər verir ki, bu barədə məqalə “iScience” nəşrində yer alıb.
Elm adamları Fleş – Kinkeyd indeksindən istifadə edərək ictimai çıxışlardakı nitq təhlilinə istinad ediblər. Sözügedən indeks mətni başa düşmək üçün neçə il təhsil lazım olduğunu göstərir.
Tədqiqata 1950-2019-cu illərdə səkkiz ölkənin – Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, Niderland, Yeni Zelandiya və ABŞ-nin parlamentlərində 28 523 siyasətçinin 7 425 184 şifahi çıxışı daxil edilib.
Məlum olub ki, orta gündəlik temperatur 27 dərəcədən yuxarı olanda Fleş – Kinkeyd indeksi orta hesabla 0,05 azalıb, yəni nitqi başa düşmək təxminən iki həftə daha az təhsil tələb edib.
Cümlələrin uzunluğu əhəmiyyətli dərəcədə dəyişməsə də, sözlər qısa olmağa başlayıb. Yaşlı siyasətçilər istiyə daha həssas olublar: onlar üçün göstəricidə azalma artıq 21-24 dərəcədə müşahidə olunur.