Almaz Həsənova: "Şuşanın hər bir qarışı üçün darıxmışıq"
"21 yaşımda iki nəfərlə çıxdığım doğma yurduma yeddi nəfərlə, nəvələrimlə 54 yaşımda qayıdıram".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Almaz Həsənova deyib.
O qeyd edib ki, sevincini, həyəcanını ifadə etməkdə çətinlik çəkir:
"Bakıda "Qağayı" pioner düşərgəsində köçkünlük həyatı yaşamışıq. Şuşanın hər bir qarışı üçün darıxmışıq.
Mən Şuşada Xan qızı Natəvanın evində, uşaq sanatoriyasında işləyirdim. Bundan sonra da Şuşada ömrümüzə davam edəcəyik, yaşayıb-yaradacağıq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınır. Bu mərhələdə daha 21 ailə (85 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 126 ailənin (491 nəfərin) daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova