Şuşa sakini: “Çox sevinirik ki, artıq bizə məcburi köçkün deyilməyəcək”
Ömrümüzün ən gözəl çağları Şuşada keçib.
"Report" xəbər verir ki, bunu Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Əli Kərimov söyləyib.
O qeyd edib ki, bu gün Şuşaya qayıdan həmyerlilərinin yurd həsrəti sona çatır:
"Bu illər ərzində Masazırda yerləşən Qurtuluş qəsəbəsində köçkünlük həyatı yaşamışıq. Həyatın amansız sınaqları ilə üz-üzə qalsaq da, ümidimizi, inamımızı heç vaxt itirməmişik. Çox sevinirik ki, artıq bizə məcburi köçkün deyilməyəcək. Biz Şuşanın sahibləriyik, bundan sonra öz doğma yurdumuzda əmin-amanlıq içərisində yaşayacağıq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!".
Xatırladaq ki, işğaldan azad olunmuş Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.