Almaniya Suriya vətəndaşlarına və qonşu ölkələrə 1 milyard avrodan çox yardım ayıracaq
Almaniya Suriya Ərəb Respublikasında vətəndaş müharibəsinin nəticələrinin yüngülləşdirilməsinə yardım olaraq bu ölkənin vətəndaşlarına və region dövlətlərinə əlavə 1 milyard avrodan çox vəsait ayıracaq.
“Report” DPA agentliyinə istinadən xəbər verir ki, bunu Brüsseldə keçirilən donor konfransında Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindner deyib.
Xüsusilə, 1 053 milyard avro Suriya və qonşu ölkələrin sakinlərini dəstəkləmək üçün nəzərdə tutulub. Eyni zamanda, Lindner Almaniyanın nöqteyi-nəzərindən heç bir qaçqının zorla bölgəyə qaytarıla bilməyəcəyini vurğulayıb.
Bazar ertəsi Brüsseldə Suriya donorlarının 8-ci konfransı başlayıb. Avropa İttifaqı İordaniya, İraq, Livan və Türkiyədəki suriyalılara və qaçqınlara yardım üçün 2,12 milyard avro ayırıb.