Meksika "Sinaloa" narkokartelinin liderlərindən birini ABŞ-yə təhvil verib
Meksika hakimiyyəti "Sinaloa" narkokartelinin liderlərindən biri Nestor İsidro Peres Salası ABŞ-yə ekstradisiya edib.
“Report” xəbər verir ki, bu barədə ABŞ lideri Co Baydenin Ağ Evin saytında yayılan yazılı açıqlamasında bildirilir.
"Bu gün Meksika hökuməti "El Nini" ləqəbli Nestor İsidro Peres Salası mühakimə olunacağı ABŞ-yə təhvil verdi", - deyə Bayden cinayətkarın "Sinaloa”nın məşhur kartelində əhəmiyyətli rol oynadığını qeyd edib.
"Amerika Birləşmiş Ştatları onu sintetik opioid fentanil qaçaqmalçılığında, bir çox rəqibini, şahidləri, digərlərini öldürməkdə, işgəncə verməkdə və qaçırmaqda təqsirləndirir. Ədalət məhkəməsi üçün yaxşı gündür", - o vurğulayıb.
Öz növbəsində ədliyyə naziri - Baş prokuror Merrik Qarlend qeyd edib ki, ABŞ-yə görə Peres Salas "Sinaloa" kartelinin əsas muzdlu qatillərindən biri idi.
"El Nininin Sinaloa kartelinin fentanil istehsalında və ABŞ-yə qaçaqmalçılığında iştirak etdiyindən də şübhələnirik", - o vurğulayıb.
Peres Salas 22 noyabr 2023-cü ildə Meksikanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. ABŞ onun dərhal ekstradisiyasını istəyib. Bayden yazılı açıqlamasında Peres Salasın ABŞ və Meksikada ən çox axtarılan cinayətkarlar arasında olduğunu qeyd edib.