Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
“Samsung” on il ərzində bazara təxminən üç milyard smartfon sataraq digər istehsalçıları geridə qoyub.
Bu barədə “Altindex” agentliyinin hesabatında qeyd edilib.
Mütəxəssislər “International Data Corporation”dən (IDC) son on il ərzində məlumat toplayıblar və dünyanın ən böyük smartfon istehsalçısını müəyyən ediblər. 2014-cü ildən Cənubi Koreya korporasiyası bazara 2,937 milyard smartfon buraxıb. İkinci yerdə 2,203 milyard “iPhone” istehsal edən “Apple” şirkəti qərarlaşıb.
Siyahının aşağı pillələrində isə Çin şirkətləri yerləşiblər: “Xiaomi” - 1,147 milyard, “Huawei” - 1,057 milyard, “Oppo” - 911,9 milyon, “Vivo” - 526,6 milyon smartfon istehsal ediblər.
Mənbə: lenta.ru