“Apple” ən böyük smartfon istehsalçıları siyahısında ikinci yerə düşüb
- 15-04-2024, 16:21
- Dünya
2024-cü ilin birinci rübündə “Apple” smartfonlarının tədarükü təxminən 10 % azalıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə IDC araşdırma şirkəti bildirib.
“Apple” ən böyük istehsalçılar reytinqində birinci yeri “Samsung”a uduzaraq yenidən ikinci yerə düşüb. Amerika korporasiyası 2023-cü ilin yekununda Cənubi Koreya şirkətini geridə qoymuşdu.
2024-cü ilin yanvar-mart aylarında qlobal smartfon tədarükü 7,8 % artaraq 289,4 milyon ədədə çatıb. “Samsung”un payı 20,8 %, “Apple” – 17,3 %, “Xiaomi” – 14,1 % təşkil edib.
İlin əvvəlində yeni flaqman modeli “Galaxy S24”ü təqdim edən “Samsung” ilk rübdə 60 milyondan çox smartfon tədarük edib. “Apple” bir il əvvəlki 55,4 milyon qarşı 50,1 milyon satıb.