Azərbaycanda elektrik enerjisinin istehsalı cüzi artıb
- 17-10-2023, 17:10
- Cəmiyyət
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 milyon kVt/s (0,13 %) artaraq 21 milyard 538,6 milyon kVt/s olub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir əlavə edib ki, qeyd edilən dövrdə ixrac 1 milyard 841,8 milyon kVt/s, idxal isə 179,6 milyon kVt/s olub:
"Yanvar-sentyabr aylarında istilik elektrik stansiyalar üzrə 19 milyard 854,5 milyon kVt/s, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 milyard 684,1 milyon kVt/s elektrik enerjisi istehsal edilib", - deyə nazir əlavə edib.