Kanadada meşə yanğını səbəbindən 6 min nəfər təxliyə edilib
Kanadanın Alberta əyalətində güclü meşə yanğını səbəbindən 6 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.
“Report” xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
Məcburi evakuasiya əmrlərini Fort-Makmyurrey şəhərinin bir neçə rayonu da daxil olmaqla Vud Buffalo bələdiyyəsinin sakinləri alıb. Bu yaşayış məntəqəsi 2016-cı ildə meşə yanğınlarından ən çox ziyan çəkib. Həmin vaxt 3,2 mindən çox ev yanğın nəticəsində məhv olub, evakuasiya zamanı iki nəfər ölüb. Hazırkı yanğının sahəsi artıq 10 min hektardan çoxdur.
Kanadanın Meşə Yanğınları üzrə Mərkəzinin məlumatına görə, ölkədə artıq 90-a yaxın yanğın ocağı qeydə alınıb, onlardan 12-si "nəzarətdən çıxmış" kimi təsnif edilir. Meşə yanğınlarının əksəriyyəti Alberta və Britaniya Kolumbiyasında qeydə alınıb.