ABŞ-da yanğınlar səbəbindən azı 500 min insan evakuasiya edilib
- 11-09-2020, 08:11
- Dünya
ABŞ-ın Oreqon ştatında təbiət yanğınları səbəbindən azı 500 min insan evakuasiya edilib. “Qafqazinfo” bildirir ki, bu barədə “Associated Press” agentliyi xəbər verib.
Agentlik qeyd edir ki, söhbət 4,2 milyondan çox sakini olan ştatın 10%-dən gedir. Yanğınların sahəsi yalnız Oreqon ərazisində 362 min hektar təşkil edir. Azı üç nəfərin həlak olması məlumdur.
Aydaho ştatı Milli İdarələrarası Yanğın Mərkəzinin məlumatına görə, ABŞ-ın Oreqon, Kaliforniya və Vaşinqton ştatlarını 100-dən çox təbiət yanğını cənginə alıb. Onların ümumi sahəsi 1,7 milyon hektardan çoxdur.